Hopdurma

hopdurma

Yanar konstruksiyaların və materialların oda davamlı məhlulla hopdurulması    

                         Hopdurma - odadavamlı məhlul bina və qurğuların yanar konstruktiv elementlərinə hopdurulur. Bu məhlul insan sağlamlığına heç bir zərəri olmayan xüsusi kimyəvi tərkibli boyadır. 

Taxta və plastik, pərdə parçası və xalça örtükləri, divar kağızları (oboylar) və kabel xətləri və digər - tikintidə istifadə olunan tezalışan materialların heç də tam olmayan siyahısıdır. Bütün bu materiallar üçün, onların odadavamlılığını artıran xüsusi hopdurucu tərkiblər mövcuddur. Bundan başqa, konstruksiyaların oddan mühafizəsi yanmayan materialların da xüsusi maddə ilə örtülməsini nəzərdə tutur. Belə bir örtük onların deformasiyaya uğrama müddətlərini artıraraq, konstruksiyanın ümumi oda müqavimətini gücləndirir.
Bir şeyi diqqətdə saxlamaq lazımdır: yanğının profilaktikası, hətta ən zəif və kiçik yanğından belə yaranan zərərin aradan qaldırılmasına sərf olunan zəhmətdən daha nəcib və effektiv bir işdir. Yanğın baş vermiş otaq və ya sahə demək olar ki, elə həmin andaca əsaslı təmir olunmağı tələb edir. Lakin birbaşa zərərdən başqa, yanğının dolayısı ilə vurduğu ziyanı: odun söndürülməsi, tüstülənmənin və iyin aradan getməsi üçün yerin uzun müddət ventilyasiya edilməsi, his izlərinin aradan aparılması kimi bir çox digər zərərləri hesablamaq daha çətindir.

© 2026