Audit, monitorinq və konsaltinq

audit-monitorinq-ve-konsaltinq

“Fire-Alarm” şirkəti təhlükəsizlik sahəsində konsaltinq, monitorinq və audit üzrə geniş çeşidli xidmətlər təqdim edir, bu da müştərilərimizə obyekt üçün maksimal olaraq səmərəli təhlükəsizlik sistemi yaratmağa imkan verir. Obyektin hərtərəfli tədqiq edilməsindən sonra biz realistik, obyektiv və əhatəli strateji və taktik tövsiyyələr və planlar təqdim edirik ki, obyektin və ümumilikdə təşkilatın tələb olunan təhlükəsizlik səviyyəsinə nail olmaq üçün bunların həyata keçirilməsi vacibdir.Əlbəttə, lazımi yanğın təhlükəsizliyi səviyyəsini müxtəlif üsullarla əldə etmək mümkündür. “Fire Alarm” şirkətinin ekspertləri həmişə konsultativ (məsləhət) formada (yəni, hələ konsaltinq xidmətləri göstərərək, yazılı siyahını təqdim etməmişdən əvvəl) yanğın əleyhinə normalara müvafiq olan həllərin bütün mümkün variantlarını təsvir edə bilərlər. Həll variantları isə sifarişçinin maliyyə imkanlarından, onun münasib işçi heyətinin mövcudluğundan, estetik tələblərinin və digər məqamların dərəcəsindən asılı olur. Bütün bunlar sifarişçinin tələblərinə ən yaxşı tərzdə cavab verən və müzakirə edilən obyekt üçün ən optimal olan variantı seçməyə imkan verir.

© 2026